21 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycanda bəzi yaşayış məntəqələrinə içməli su məhdudiyyətlə veriləcək

20 İyun 2023

Kür çayında bulanıqlığın artması ilə əlaqədar Azərbaycanda bəzi yaşayış məntəqələrinə içməli su məhdudiyyətlə veriləcək

Bu barədə   Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məlumata görə, son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı xeyli azalıb. Bununla əlaqədar Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna və Səbail rayonunun bir hissəsinə içməli su müəyyən məhdudiyyətlərlə veriləcək.

“Abonentlərə içməli suyu qənaətlə istifadə etməyi tövsiyə edirik”, – deyə agentlik bəyan edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…