26 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycanda bankların daxili imkanları hesabına ipoteka kreditləşməsinin payı 40 %-ə yaxınlaşıb

22 İyul 2022

2021-ci ilin ortalarından başlayaraq Azərbaycan bankları öz vəsaitləri hesabına ipoteka kreditləşməsini genişləndirməyə başlayıblar.

“TELEJURNAL.AZ” “Report”a istinadən xəbər verir ki, bu barədə hökumətdəki mənbə bildirib.

“Əgər o vaxta qədər İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin xüsüsi çəkisi təxminən 80 % idisə, hazırda 61,5 %-ə düşüb. Belə ki, 2,6 milyard manatlıq ipoteka portfelinin 1 milyard manatlıq hissəsi və yaxud 38,5 %-i bankların daxili imkanlarının hesabınadır”, – deyə o, qeyd edib.

Bankların öz vəsaitləri hesabına biznes kreditləşməsindəki payı isə 88 %-dir.

“Son vaxtlar dövlət xətti ilə verilən biznes kreditlərinin məbləğində əhəmiyyətli artım müşahidə edilmir. Bu da onunla bağlıdır ki, ayrılan vəsait amortizasiya olan vəsaitlə eynidir”, – deyə mənbə əlavə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…