48 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Kəlbəcərə səfəri başlayıb

31 May 2022

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, o cümlədən xarici ölkələrin səfirlərinin, hərbi attaşelərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərlərinin, ümumilikdə 50-dən artıq ölkədən 80-dən çox şəxsin mayın 31-də azad olunmuş Kəlbəcər rayonuna səfəri başlayıb.

TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki, səfər zamanı diplomatlar Kəlbəcər rayonunda həyata keçirilən nəqliyyat və enerji infrastrukturu layihələri, o cümlədən yol, tunel tikintisi, enerji xətlərinin çəkilişi və sair ilə tanış olacaqlar.

Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunda törətdiyi dağıntılar, vəhşiliklər, xüsusilə onların həmin ərazilərdən çıxdığı dövrdə məqsədli şəkildə yaratdıqları problemlər diplomatik korpusun diqqətinə çatdırılacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…