34 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycanda 3 sahə üzrə ali təhsildə dövlət sifarişinin artırılması təklif olunur

14 İyun 2023

Dördüncü sənaye inqilabının zərurətə çevrilən çağırışlarını nəzərə alaraq, ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişinin formalaşdırılması zamanı son 3 ildə əsas diqqət texniki, texnoloji və təbiət ixtisaslarının artırılmasına verilib.

Telejurnal  xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bu gün Bakıda keçirilən “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda ikinci DİM Dialoqu zamanı deyib.

“Ali təhsilin əlçatanlılığının və əhatəliliyinin artırılması, xüsusilə əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığının daha da artırılması məqsədilə dövlət hesabına təhsil alan tələbələrin sayı artırılıb. Əgər 2018-ci ildə dövlət sifarişinin ümumi qəbul planında xüsusi çəkisi 27 % təşkil edirdisə, hazırda bu rəqəm 50 %-ə qədər təşkil edir”, – S. Məmmədov bildirib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişi İqtisadiyyat Nazirliyi tərəfindən aidiyyəti sahə nazirlikləri və digər təşkilatlardan daxil olan təkliflər əsasında müəyyənləşdirilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…