37 baxış
Bu yazını paylaşın
İdman

Azərbaycana karatenin kudo növündə ilk qızıl medalı qazandıran idmançı: “Bizə yuxu kimi gəlirdi”

17 May 2023

Azərbaycana bu idman növü üzrə ilk qızıl medalı qazandırdığım üçün fəxr edirəm. Kudo çox çətin idman növüdür. Gərgin məşqlərin sonunda buna nail olmaq qürurvericidir”.

Bunu “Telejurnal” a açıqlamasında Yaponiyanın paytaxtı Tokioda karatenin kudo növü üzrə keçirilmiş dünya çempionatında qızıl medal qazanan Azərbaycan idmançısı Vüsal Əliyev deyib.

O bildirib ki, Sevinc Mövsümzadə ilə birlikdə 27 ölkənin idmançıları arasında öz çəkilərində birinci yeri tutublar: “Hər çəki dərəcəsində, demək olar ki, yerli idmançılar ilk pilləyə layiq görüldülər. Yalnız iki çəkidə fərqli ölkələr – Azərbaycan və Kuba ilk sıranı tutdu. İndiyədək Azərbaycan bu idman növündə qızıl medal qazanmamışdı. Bizə yuxu, əlçatmaz iş kimi gəlirdi. Amma məşqçilərin, dəstək olan insanların sayəsində bunu bacardıq. Gecə-gündüz zaldan çıxmırdıq ki, bu nailiyyətə çataq. Allah əziyyətimizi yerdə qoymadı, istəyimizə çatdıq. Fəxr edirəm ki, bayrağımızı yüksəklərə qaldırdıq və “Dəmir Yumruğ”un gücünü həm döyüş meydanında, həm də idmanda bütün dünyaya göstərdik”.

Əliyevin sözlərinə görə, kudonun çətinliyi özündə taekvondo, boks, tayboks, cüdo və digər bu gün döyüş növlərini birləşdirməsidir: “Nə qədər çalışıb güclü-qüvvətli olsan da, rəqibdən asılı olaraq vəziyyət dəyişə bilər. Yəni, tam hazır olduğun anda belə, bir zərbə ilə nokauta düşə bilərsən. Yəni, bura ən güclülərin liqasıdır”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…