26 baxış
Bu yazını paylaşın
İdman

Azərbaycan yığmasının yeni məşqçisi: “Milli komanda kifayət qədər “qocalıb”

04 İyul 2023

“Ambisiyalar həmişə yüksəkdir və iş çoxdur. Azərbaycan millisi kifayət qədər “qocalıb”.

Telejurnal-ın  məlumatına görə, bunları futzal üzrə Azərbaycan millisinin və “Araz Naxçıvan”ın yeni məşqçisi Predraq Rayiç “Sport1” nəşrinə açıqlamasında deyib.

Serbiyalı mütəxəssis bildirib ki, artıq gənc oyunçuları üzə çıxarıb meydana buraxmaq lazımdır: “Bilirsiniz ki, mən bu işdə yeni deyiləm. Serbiyada, Bosniya və Herseqovinada gənc oyunçularla çalışmışam”.

Daha əvvəl Azərbaycanda “Ekol” klubunun başçılıq etdiyini xatırladan Rayiç ölkə ilə bağlı müsbət təəssüratlarının olduğunu söyləyib: “Orada olanda mənə bildirdilər ki, nə vaxtsa Azərbaycan futzalına qayıdacağam. Görünür, düz deyirmişlər. Rəhbərlik Vitali Borisovun məşqçilər korpusunda olmasını, mənim də onunla birlikdə işləməyimi istədi. Etimada görə baş məşqçiyə federasiyaya təşəkkür edirəm. Dünya futzalında özünü sübut edən “Araz”da və Azərbaycan millisində işləmək vacib məsələdir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…