29 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycan Yaponiya şirkətləri ilə yaşıl hidrogen istehsalını müzakirə edib

03 Avqust 2023

Azərbaycan Yaponiya şirkətləri ilə bərpa olunan enerji mənbələri layihələrini və yaşıl hidrogen istehsalını müzakirə edib.

Bu barədə  Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyindən (AERA) məlumat verilib.

Bildirilir ki, AERA-nın İdarə Heyətinin sədri Samir Axundov “Caspian Hydrogen Development Group LLC” şirkətinin sədri Teymur Abbasov, Yaponiyanın “Toyota Tsusho Cooperation” şirkətinin Yeni layihələrin inkişafı departamentinin meneceri Fumihiko Sato və “Eurus Energy” şirkətinin menecer müavini Tomataka Vatanabeni qəbul edib.

Məlumata görə, tərəflər təmsil etdikləri qurumların fəaliyyət istiqamətləri haqqında məlumat verdikdən sonra Azərbaycanda yaşıl hidrogen istehsalı və tətbiqi sahələri və digər mövzular müzakirə olunub.

Tədbirdə həmçinin AERA-nın müvafiq struktur bölmələrinin əməkdaşları da iştirak edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…