34 baxış
Bu yazını paylaşın
Dünya

Azərbaycan XİN Fransa hökumətini ölkədə konstitusion hüquqlara hörmət etməyə çağırıb

27 Mart 2023

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa hökumətini ölkədə konstitusion hüquqlara hörmət etməyə çağırıb.

 

TELEJURNAL xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransada etiraz aksiyaları ilə bağlı yerli mətbuatın sualına cavabında bildirib.

“Fransada Prezident Emmanuel Makronun qərarı ilə əlaqədar əhalinin etirazlarına qarşı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həddindən artıq və qeyri-proporsional güc tətbiqini, bəzi hallarda etirazçılara qarşı qeyri-insani davranışları pisləyirik. Fransa hökumətini ölkədə fikir və sərbəst toplaşma azadlığı, dinc etiraz hüququ kimi konstitusion hüquqlara hörmət etməyə çağırırıq.

Hesab edirik ki, Avropa Şurası və beynəlxalq insan hüquqları təşkilatları Fransada aşırı zorakılıq hallarının araşdırılması və bu ölkənin öhdəlikləri çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsini tələb etməlidir”, – XİN rəsmisi deyib.

Qeyd edək ki, son günlərdə Fransa Prezidenti Emmanuel Makronun bu ölkədə qanunvericiliyə dəyişikliklər qərarı ilə bağlı etirazçılara qarşı hüquq-mühafizə orqanları tərəfindən geniş şəkildə güc tətbiq olunmaqdadır. Bu zorakılıq Avropa Şurası, “Amnesty International” və bir çox digər beynəlxalq insan hüquqları təşkilatları tərəfindən pislənib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…