31 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan XİN: “Ermənistan hökuməti Laçın yolunda sistematik insan hüquqları pozuntuları törədib”

21 Dekabr 2022

“Ermənistan hökuməti Laçın yolunda sistematik insan hüquqları pozuntuları törədib”.

TELEJURNAL xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, yenicə aşkar olunmuş dəlillər göstərir ki, Ermənistan silahlı qüvvələri 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən tərk etməli olduqları ərazilərdə minalar, habelə mülki evlərdə mina tələləri yerləşdirməyə davam edir: “Buna, Üçtərəfli Bəyanatın birmənalı pozuntusu olaraq Ermənistanda 2021-ci ildə istehsal olunmuş və Laçın yolu vasitəsilə Azərbaycana gətirilmiş minalar daxildir”.

Bildirilib ki, Ermənistanın “yandırılmış torpaq” siyasəti çərçivəsində evlərin dağıdılması, qəsdən və spesifik olaraq mülki əmlaklarda partlayıcı qurğuların yerləşdirilməsi ilə birlikdə, məcburi köçkün ailələrin və icmaların 30 il bundan əvvəl Ermənistanın qeyri-qanuni işğalı nəticəsində tərk etməyə məcbur olduqları keçmiş evləri və torpaqlarına qayıtmasının qarşısını alır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…