76 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan XİN Aİ Missiyası rəhbərinin fikirlərini kəskin tənqid edib

28 Mart 2023

 

“Avropa İttifaqı Missiyası rəhbərinin Ermənistan tərəfinin yalan və böhtan dolu iddialarını əsas tutaraq, guya Azərbaycanın hər hansı bir hücuma hazırlaşdığı barədə fikirlər səsləndirməsini, Aİ Missiyasının əsas vəzifəsinin “Ermənistanı Azərbaycandan qorumaq” kimi təqdim etməsini qətiyyətlə qınayırıq”.

TELEJURNAL  xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.

“Bu Missiyanın Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək məqsədilə sui-istifadə edilməsinə imkan verilməməsinin zəruriliyi tərəfimizdən dəfələrlə vurğulanıb.

Aİ missiyasının Ermənistanda yerləşməsinin müvafiq qaydada Azərbaycanın legitim maraqlarını nəzərə alması, habelə Aİ tərəfindən bu missiyanın fəaliyyətinin qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməsi təmin edilməlidir.

Ermənistan tərəfinin Aİ Missiyasının mövcudluğundan vəziyyəti daha da gərginləşdirmək və öz öhdəliklərindən boyun qaçırmaq məqsədilə sui-istifadə etməsinə imkan yaratmamalıdır.

Aİ Missiyası yalan və böhtan dolu iddialara yer verməməli və mandatına uyğun fəaliyyət göstərməlidir”.

Qeyd edək ki, Almaniyanın “Deutsche Welle” qəzetində yayımlanmış müsahibədə Avropa İttifaqının (Aİ) Ermənistandakı Missiyasının rəhbəri Markus Ritter iddia edib ki, “Azərbaycanın yaz aylarında hücuma hazırlaşdığının Ermənistan tərəfindən iddia edildiyini”, “belə bir hücum olmayacağı təqdirdə, bunun Aİ Missiyasının uğuru olacağını” qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…