54 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan vətəndaşlarının Almaniyadan bu il üçün ilk kütləvi deportasiyası gözlənilir

09 Fevral 2022

Almaniya Federativ Respublikasından Azərbaycan vətənaşlarının növbəti kütləvi deportasiyası gözlənilir.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki,  Avropa bürosunun deportasiya ediləcək Azərbaycan Respublikası vətəndaşlarından əldə etdiyi məlumatda deyilir ki, Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin müxtəlif şəhərlərində yaşayan 50-ə yaxın şəxs ötən gün Düsseldorf hava limanı yaxınlığında Almaniya Federal Daxili İşlər Nazirliyinə aid deportasiya ediləcəklərin müvəqqəti saxlanıldığı mərkəzə gətiriliblər.

Həmin şəxslərin əksəriyyəti 2015-2019-cu illər arasında Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyən şəxslərdir. Yerli məhkəmələr tərəfindən sığınacaq istəyi rədd edilən Azərbaycan vətəndaşlarına əvvəlcə ölkəni könüllü tərk etmələri ilə bağlı xəbərdarlıq olunub. Daha sonra onların barələrində yerli idarə məhkəmələri tərəfindən deportasiya qərarı çıxarılıb.

Məlumat üçün qeyd edək ki, bu, Azərbaycan vətəndaşlarının 2022-ci ildə Almaniyadan ilk kütləvi deportasiyası olacaq. Ötən il Almaniyadan Azərbaycana 9 belə kütləvi deportasiya həyata keçirilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…