28 baxış
Bu yazını paylaşın
İdman

Azərbaycan velosipedçisi beynəlxalq turnirdə gümüş medal qazanıb

26 May 2023

Azərbaycanın Elit/U-23 millisinin üzvü Samir Cəbrayılov Albaniyada keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb.

Telejurnal” ın məlumatına görə, idmançı şose velosipedinin qrup ötüşməsi üzrə Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı, 5 mərhələli “Tour of Albania” yarışının sonuncu raundunda ikinci yeri tutub.

Cəbrayılov 122 km məsafəni 2 saat, 42 dəqiqə 56 saniyəyə qət edib. O, özünün və milli komandanın hesabına 3 UCI reytinq xalı yazdırıb.

Digər velosipedçilərdən Nəcəf Bağırov (02:43:03) 7-ci, Şahin Eyvazov (02:43:03) 29-cu, Kamran Mirzəxanov (02:43:03 ) 33-cü, Musa Mikayılzadə (02:43:03 ) isə 35-ci yerlə kifayətlənib.

Mərhələnin qalibi 2 saat 42 dəqiqə 55 saniyə nəticə ilə Yunanıstan yığmasının üzvü Polychronis Tzortzakis olub.

Ümumi təsnifatda Mikayılzadə (12:32:45, 15 UCI xalı) 5-ci, Cəbrayılov (12:33:46, 5 UCI xalı) 7-ci, Eyvazov (12:39:35) 29-cu, Mirzəxanov (12:40:01) 31-ci, Bağırov (12:52:56 ) 44-cü, Azərbaycan millisi (37:53:14) isə 6-cı yerdə qərarlaşıb.

Samir Cəbrayılov yarışın ən yaxşı ikinci dağ velosipedçisi adına sahib çıxıb. O, ən yaxşı sprinterlərin siyahısında isə 3-cü nəticə göstərib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…