63 baxış
Bu yazını paylaşın
İqtisadi

Azərbaycan və Türkiyənin “Yaşıl Kart” sığorta sistemlərinin inteqrasiya edilməsinə başlanılıb

18 Yanvar 2022

Azərbaycan və Türkiyənin “Yaşıl Kart” sığorta sistemlərinin inteqrasiya edilməsi ilə bağlı işlərə başlanılıb.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) və İcbari Sığorta Bürosu (İSB) arasında “Yaşıl Kart” müqavilələri ilə bağlı inteqrasiyanın tamamlanması münasibətilə keçirilən mətbuat konfransında İSB-nin icraçı direktoru Rəşad Əhmədov deyib.
O bildirib ki, proses tamamlandıqdan sonra Azərbaycana məxsus avtomobil Türkiyə gömrük məntəqələrinə daxil olduqda “Yaşıl Kart”ın etibarlılığı elektron qaydada müəyyən ediləcək. Türkiyədə qeydiyyatdan keçmiş nəqliyyat vasitəsi də Azərbaycana daxil olarkən elektron sistem vasitəsilə sığorta təminatı barədə məlumat əldə ediləcək. Bu da öz növbəsində xaricdən ölkəmizə saxta “Yaşıl Kart” sığorta şəhadətnaməsi ilə daxilolmaların qarşısını alacaq.
İcbari Sığorta Bürosunun təşəbbüsü ilə Azərbaycan və Türkiyə arasında həyata keçirilən inteqrasiya Beynəlxalq Bürolar Şurasının fəaliyyətində ilk təcrübədir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…