32 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycan və Türkiyənin texnoloji parkları əməkdaşlıq protokolu imzalayıb

22 İyul 2022

Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məxsus “Yüksək Texnologiyalar Parkı” MMC (YTP) və Türkiyənin Nevşehir Hacı Bektaş Veli Universitetinin nəzdində fəaliyyət göstərən “Kapadokiya Texnoparkı” arasında əməkdaşlıq protokolu imzalanıb.

“TELEJURNAL.AZ” “Report”a istinadən xəbər verir ki, bu barədə YTP məlumat yayıb.

Məlumata görə, sənədi şirkətin baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov və “Kapadokiya Texnoparkı”nın baş direktoru Bilgin Yazlık imzalayıb.

Protokolun əsas məqsədi iki qurum arasında davamlı əməkdaşlığın qurulması, çoxtərəfli layihələrin həyata keçirilməsi ilə qardaş ölkələr Azərbaycan və Türkiyənin texnoloji inkişafına mühüm töhfələr verməkdir.

Protokol çərçivəsində “Kapadokiya Texnoparkı” YTP-nin İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin fəaliyyətinin gücləndirilməsində, birgə inkubasiya proqramlarının hazırlanmasında, Türkiyədə texnoparkların inkişafı üçün dəstək proqramlarında, eləcə də Avropa İttifaqı və digər beynəlxalq təşkilatların layihə çağırışlarının reallaşdırılmasında iştirakının təmin edilməsində dəstək göstərəcək. Bundan əlavə, tərəflər innovasiya ekosisteminin inkişafına töhfə verə biləcək birgə konfrans və seminarların təşkili, kadr hazırlığı üçün qısamüddətli təlim və mentorluq dəstəyinin təmin edilməsi, akademiya-sənaye əməkdaşlığının inkişafı üçün qarşılıqlı təcrübə mübadiləsi, Azərbaycanda yetişən sahibkarların “Kapadokiya Texnoparkı”na yönləndirilməsi və Texnoparkın Azərbaycan ekosistemi ilə tanış edilməsini təmin edəcəklər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…