25 baxış
Bu yazını paylaşın
Dünya

Azərbaycan və Türkiyə Vətən müharibəsi ilə bağlı birgə serial çəkir.

27 İyul 2022

Azərbaycan və Türkiyə Vətən müharibəsi ilə bağlı birgə serial çəkir.

TELEJURNAL. az Report-a istinadən xəbər verir ki,  mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.

O bildirib ki, Vətən müharibəsi ilə bağlı serialın çəkilişləri Türkiyənin məşhur “Bozdağ film” studiyası ilə birgə həyata keçirilir: “Serialın ilkin olaraq səkkiz bölümdən ibarət olması nəzərdə tutulub. İşlər tamamlanmaq üzrədir. Hadisələri qabaqlamaq istəmirəm, amma onu deyim ki, birinci seriyanın bu il təqdimatı gözlənilir”.

E.Əliyev qeyd edib ki, artıq ekran əsərinin işçi adı da məlumdur: “Amma serialın adını açıqlamaq hələ tezdir. Çünki dəqiq deyil. Serial Türkiyə və Azərbaycanın birgə əməkdaşlığının nəticəsidir. Ekran əsərində türkiyəli və azərbaycanlı aktyorlar rol alacaq. Çalışacağıq ki, bu əməkdaşlığımızın simvolu olsun”.

“Report”un əldə etdiyi məlumata görə, serialın ilk bölümü bu il noyabrın 8-də – Zəfər Günündə yayımlanacaq.

Qeyd edək ki, “Bozadağ film” studiyası Türkiyənin “Kuruluş Osman”, “Destan”, “Mehmetçik” və s. bir sıra məşhur seriallarının istehsalçısıdır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…