35 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan və Türkiyə Mədənçilik İşçi Qrupu yaradacaq

04 Avqust 2023

Azərbaycan və Türkiyə arasında imzalanmış, qarşı tərəfin bu gün  təsdiq etdiyi “Mədənçilik sahəsində əməkdaşlıq haqqında” sazişin tətbiq edilməsi məqsədi ilə tərəflər Mədənçilik İşçi Qrupu yaradacaq.

TELEJURNAL  xəbər verir ki, İşçi Qrupu hər iki tərəfdən təyin ediləcək bir nümayəndədən və onların köməkçilərindən ibarət olacaq.

Bu şəxslər iclaslarda müşavir və mütəxəssislərlə birlikdə iştirak edə biləcəklər. Tərəflər nümayəndə və köməkçinin təyin edilməsi barədə diplomatik kanallarla bir-birinə məlumat verəcək. İşçi Qrupunun iclaslarını və protokol işləri ilə bağlı xərcləri iclasın keçirildiyi, ev sahibi ölkə qarşılayacaq. Nəqliyyat və qalma kimi nümayəndə heyətlərinin işləri ilə əlaqədar digər xərcləri isə tərəflər özləri ödəyəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…