24 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan və Türkiyə “KAAN” döyüş təyyarələri ilə bağlı saziş imzalayır

27 İyul 2023

Sabah, iyulun 28-də Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin “TUSAŞ” şirkəti arasında hərbi-texniki əməkdaşlıqla bağlı yeni saziş imzalanacaq.

TELEJURNAL  xəbər verir ki, sənəd Türkiyənin milli döyüş təyyarəsi olan “KAAN”ın birgə təkmilləşdirilməsini nəzərdə tutur.

Müqavilə Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində imzalanacaq.

Qeyd edək ki, bir müddət əvvəl “KAAN” döyüş təyyarələri sınaqdan keçirilib. Qırıcının bu ilin sonunda ilk uçuşunu həyata keçirəcəyi gözlənilir.

Xatırladaq ki, İstanbulda “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi keçirilir. Azərbaycan da sərgidə təmsil olunur.

İyulun 26-də Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin “TUSAŞ” şirkəti arasında “Su-25” modernləşdirməsi ilə bağlı müqavilə imzalanıb.

Müqavilənin imzalanmasında əsas məqsəd Azərbaycan Hərbi Hava Qüvvələrinin istifadəsində olan təyyarələrə Türkiyə istehsalı olan ağıllı bomba və raketlərin inteqrasiyası və onların avionik modernləşdirmə fəaliyyətlərinin həyata keçirilməsidir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…