70 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyət istiqamətləri müzakirə olunub

09 Fevral 2022

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri (DİDK) Fuad Muradov Bakıda səfərdə olan Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəisi Abdullah Erenlə görüşüb.
“TELEJURNAL”  AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə F.Muradov diaspor təşkilatlarının fəaliyyəti barədə məlumat verib, iki qardaş ölkənin diasporlarının birgə fəaliyyətinin əhəmiyyətindən danışıb.
DİDK ilə YTB arasında əməkdaşlıq, ortaq layihələr və birgə fəaliyyətin perspektivləri geniş müzakirə olunub.
A.Eren birgə layihələrin həyata keçirilməsi, şəhid övladlarının xaricdə təhsilinə maddi dəstəyin göstərilməsi və digər vacib məqamlara diqqət çəkib.
Şuşa Bəyannaməsinin tələblərinə uyğun olaraq Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyət istiqamətləri, türk dövlətləri diasporlarının birgə forumlarının keçirilməsi barədə ətraflı fikir mübadiləsi aparılıb.
YTB-nin xaricdə yaşayan azərbaycanlı gənclərin Türkiyədə təhsilə cəlb olunması və onların təhsil haqlarının ödənilməsini öz üzərinə götürə biləcəyi də diqqətə çatdırılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…