33 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan və Türkiyə arasında qeyri-neft sektoru üzrə ticarət dövriyyəsi açıqlanıb

25 İyul 2023

Ötən il Azərbaycandan Türkiyəyə 0,8 milyard ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

TELEJURNAL   xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan İş Şurasının sədri Kemal Koloğlu deyib.

K. Koloğlu bildirib ki, Türkiyənin Azərbaycana qeyri-neft ixracı isə 2,8 milyard ABŞ dolları təşkil edib.

Bu dövrdə iki ölkə arasında 3,6 milyard ABŞ dollarlıq qeyri-neft sektoru üzrə ixrac-idxal əməliyyatları daxil olmaqla ümumi ticarət dövriyyəsi təxminən 6,4 milyard ABŞ dolları olub.

“Türkiyə əsasən Azərbaycandan pambıq, pambıq ipliyi, alüminiumdan olan əşya və gübrə idxal edir. Azərbaycan isə Türkiyədən əsasən maşın avadanlıqları, məişət avadanlıqları, elektrikli alətlər, dəmir-polad, tibbi və əzcaçılıq məhsulları, mebel alıb”, – o qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…