186 baxış
Bu yazını paylaşın
İqtisadi

Azərbaycan və Tatarıstan arasında KOB-ların iştirakı ilə birgə layihələrin reallaşdırılması müzakirə olunub.

22 Noyabr 2021

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Rusiya Federasiyası Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Alfred Zakirov arasında görüş keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə KOB-ların iştirakı ilə birgə layihələrin reallaşdırılmasına və bu sahədə agentliyin dəstəyinə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, görüşdə agentliyin sahibkarlıq sahəsində Rusiyanın müvafiq qurumları ilə əməkdaşlıq etdiyi, əlaqələrin genişləndirilməsinin hər iki ölkənin KOB-ları arasında münasibətlərin inkişafı və yeni təşəbbüslərin reallaşdırılması baxımından faydalı ola biləcəyi vurğulanıb.

https://azertag.az/xeber/Azerbaycan_ve_Tataristan_arasinda_KOB_larin_istiraki_ile_birge_layihelerin_reallasdirilmasi_muzakire_olunub-1932004

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…