25 baxış
Bu yazını paylaşın
Dünya

Azərbaycan və Rusiya Samur çayının və eyni adlı hidroqovşağın birgə istismarını müzakirə edib.

28 İyul 2022

“Azərbaycan Respublikası Höküməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişə” əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 22-ci görüşü keçirilib.

TELEJURNAL. az Report-a istinadən xəbər verir ki,  “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə istinadən xəbər verir.

Məlumata görə, görüş Qusar şəhərində baş tutub. Komissiyanın Azərbaycan tərəfindən həmsədri, səhmdar cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda qurumun əməkdaşları Elçin Məmmədov, Elxan Hüseynov və komissiya üzvləri – İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Fövqəladə Hallar, Rəqəmsal İnkişaf və Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin və Qusar Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Görüşdə Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü və monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılıb. Müzakirələrin nəticəsində görüləcək tədbirlər barədə birgə müvafiq protokol imzalanıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…