29 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan və Rumıniya təbii qazla bağlı müzakirələr aparıb

26 İyul 2023

Azərbaycan və Rumıniya arasında təbii qazla bağlı müqavilələr çərçivəsində müzakirələr aparılıb.

TELEJURNAL  Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu müzakirələr Buxarest səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Rumıniyanın energetika naziri Sebastian Ioan Burduja arasında keçirilən görüşdə aparılıb.

Görüşdə Azərbaycan və Rumıniya Prezidentlərinin qarşılıqlı səfərlərinin iki ölkə arasında əməkdaşlıq üçün əhəmiyyəti, energetika sahəsində münasibətlərin çoxşaxəli və intensiv inkişafı vurğulanıb. “Xəzər dənizi – Avropa İttifaqı yaşıl enerji dəhlizi” ilə bağlı inkişaf planlarının Azərbaycan-Rumıniya enerji tərəfdaşlığı üçün strateji əhəmiyyəti bir daha qeyd edilib. Yaşıl enerji dəhlizinin yaradılması çərçivəsində imzalanan Memorandumla nəzərdə tutulan işlərin sürətlə həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Eyni zamanda, “Romqaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında mütəmadi əlaqələrin əhəmiyyəti qeyd edilib. Qarşı tərəfdən SOCAR-ın Rumıniyadakı fəaliyyətinin yüksək qiymətləndirildiyi, bu fəaliyyətin inkişafının bazardakı rəqabətlilik və enerji təhlükəsizliyi nöqteyi-nəzərdən əhəmiyyətli olduğu diqqətə çatdırılıb.

Görüşdə enerji sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıqdan irəli gələn bir sıra digər məsələlər də nəzərdən keçirilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…