52 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan və Mərakeş arasında siyasi məsləhətləşmələr aparılıb

28 Dekabr 2022

Rabat şəhərində Azərbaycan ilə Mərakeş Krallığı arasında siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə TELEJURNAL-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, Mərakeş tərəfindən Xarici İşlər Nazirliyinin Asiya və Okeaniya məsələləri üzrə baş direktoru, səfir Abdulkader Əl-Ansari rəhbərlik edib.

Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar, parlamentlərarası əlaqələr sahələri üzrə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Bununla yanaşı, nazir müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Mərakeşə səfəri çərçivəsində Mərakeş Krallağının xarici işlər, Afrika əməkdaşlığı, xaricdə yaşayan mərakeşlilər naziri Nasser Burita ilə keçirilmiş görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb. Mərakeş tərəfinə 2023-cü ilin mart ayında Bakı şəhərində keçiriləcək Qoşulmama Hərəkatının COVID-19-a qarşı təmas qrupunun Zirvə görüşü barədə məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin bir sıra təhsil və elmi araşdırma mərkəzlərinin nümayəndələri ilə görüşlər keçirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…