24 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan və Gürcüstan “yaşıl enerji” sahəsində əməkdaşlığı nəzərdən keçirib

01 Avqust 2023

Azərbaycan və Gürcüstan arasında neft-qaz, bərpa olunan enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Telejurnal” ın Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin birinci müavini Romeo Mikautadze ilə görüşündə bildirilib.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlıq əlaqələrinin iqtisadiyyatın bütün istiqamətlərində, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi bildirilib. Azərbaycan Prezidenti İlham Əliyevin ötən il Gürcüstana, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin isə cari ildə ölkəmizə qarşılıqlı səfərlərinin strateji tərəfdaşlıq münasibətlərinin inkişafına yeni təkan verdiyi bildirilib.

Görüş çərçivəsində birgə həyata keçirilən enerji və nəqliyyat layihələrinin hər iki ölkənin davamlı iqtisadi inkişafını gücləndirməklə yanaşı, regionun və Avropanın enerji təhlükəsizliyinə dəyərli töhfə verdiyi vurğulanıb. Bu xüsusda 2022-cü ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji” sahəsində strateji tərəfdaşlığa dair Sazişin imzalanmasının əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açdığı diqqətə çatdırılıb.

Görüşdə, həmçinin SOCAR-ın Gürcüstandakı uğurlu fəaliyyətindən məmnunluq ifadə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…