13 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan və Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının onlayn görüşü keçirilib

08 İyun 2023

İyunun 8-də Milli Məclisin Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Estoniya Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupu ilə onlayn görüşü keçirilib.

Bu barədə “Telejurnal” a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Onlayn görüşdə Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova çıxış edərək iştirakçıları salamlayıb, Milli Məclisin Estoniya ilə parlamentlərarası əlaqələrin inkişafına önəm verməsindən danışıb. O, bu əlaqələrin dərinləşməsində deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.

Estoniya Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupu rəhbəri Riina Solman bildirib ki, Azərbaycan parlamenti ilə münasibətlərin irəli aparılmasında və əməkdaşlığın dərinləşməsində maraqlıdırlar.

Görüşdə parlamentlərarası əlaqələrimizin mövcud durumu, inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…