70 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan və Çin arasında qarşılıqlı əməkdaşlığın səmərəliliyi müzakirə edilib

31 May 2022

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Çin Xalq Respublikasının bu ölkədəki səfiri Yan Venbin ilə görüşüb.

TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdən öncə diplomatlar Azərbaycanın Moldovadakı səfirliyinin qarşısında ümummilli lider Heydər Əliyevin büstü önünə tər çiçək düzüblər. Qüdsi Osmanov, həmçinin çinli həmkarına səfirliyin qarşısında yaradılan Azərbaycana dair tarixi-mədəni guşələr haqqında ətraflı məlumat verib.

Görüşdə Azərbaycanla Çin arasında münasibətlərin, o cümlədən iqtisadi, energetika, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensialın olmasına diqqət yetirilib. Bununla yanaşı, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin göstərilməsinin və hazırda dünyada baş verən proseslərin fonunda əməkdaşlığın səmərəliliyinin artırılmasının önəmi qeyd olunub.

Səfir Qüdsi Osmanov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Ordumuzun Vətən müharibəsində qazandığı parlaq Qələbə haqda danışaraq, Azərbaycanın öz suveren torpaqları naminə vuruşduğunu, beynəlxalq hüququn, haqq və ədalətin ölkəmizin tərəfində olduğunu qarşı tərəfin diqqətinə çatdırıb. Bundan əlavə, azad olunmuş ərazilərimizdə sürətlə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə də məlumat verib.

İqtisadi əməkdaşlığa toxunan Qüdsi Osmanov vurğulayıb ki, altı il öncə Azərbaycan və Çin “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalayıb. Müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasındadır. Azərbaycan və Çin coğrafi mövqeyimizdən bəhrələnərək Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırıb.

Görüşdə regionda baş verən proseslər və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…