46 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan və Cənubi Sudan enerji sektorunda əməkdaşlığı nəzərdən keçirib

06 İyul 2023

Azərbaycan və Cənubi Sudan arasında dayanıqlı enerji təchizatı və enerji sektorunda əməkdaşlıq imkanları nəzərdən keçirilib

Bu barədə   Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Bildirilib ki, bu gün SOCAR prezidenti Rövşən Nəcəf Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Cənubi Sudan Respublikasının xarici işlər və regional əməkdaşlıq naziri səlahiyyətlərini icra edən Denq Dau Denq Malek ilə görüşüb.

Görüşdə Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan strateji əhəmiyyətli enerji layihələri, habelə SOCAR-ın fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib, Cənubi Sudanın zəngin enerji resurslarından bəhs edilib.

Görüş çərçivəsində, həmçinin infrastruktur layihələri, təcrübə mübadiləsi, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…