29 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycan və BƏƏ vətəndaşları hər iki ölkəyə vizasız gedib 3 ay qala biləcəklər

12 May 2023

Ümumvətəndaş pasportlarına malik Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları hər iki ölkəyə vizasız gedib 3 ay qala biləcəklər.

Telejurnal xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin mayın 12-də keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik və xüsusi/xidməti pasportlara malik şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar notalar mübadiləsinin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, Memorandumda “diplomatik” sözü “ümumvətəndaş, diplomatik və xüsusi/xidməti” sözləri ilə əvəz edilir. Yəni vizasiz giriş əvvəllər yalnız diplomatik və xüsusi/xidməti pasportlara malik şəxslərə şamil edilirdisə, dəyişiklikdən sonra ümumvətəndaş pasportlarına malik şəxslərə də şamil ediləcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…