26 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan və Almaniya alüminium istehsalı üzrə birgə müəssisə yaradır.

18 İyul 2022

Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “Azəralüminium” MMC və Almaniyanın “Achenbach Alpha GmbH” şirkəti arasında Gəncədə birgə müəssisənin təsis və idarə edilməsinə dair müqavilə imzalanıb.

TELEJURNAL. az “Report” -a  istinadən xəbər verir.

Bununla əlaqədar keçirilən tədbirdə nazir Mikayıl Cabbarov bildirib ki, yeni alüminium zavodu layihəsi Avropa və ABŞ bazarlarına rəqabətədavamlı alüminium məhsullarının ixracına şərait yaradacaq.

ASK-nın baş direktoru Kamran Nəbizadə və “Achenbach Buschhütten GmbH”nin prezidenti və baş icraçı direktoru Andre Barten layihə barədə məlumat veriblər. Bildirilib ki, həyata keçiriləcək layihə çərçivəsində illik istehsal gücü 105 min ton olan alüminium yayma məhsullarının istehsalı nəzərdə tutulur. Bu layihənin xammal bazasının 55 min tonu Gəncədə hazırda istehsal olunan ilkin alüminiumdan və yeni qurulacaq təkrar emal istehsal xəttindən əldə ediləcək. Qalan 50 min ton alüminium isə qurulması planlaşdırılan ilkin alüminium istehsalı hesabına təmin ediləcək. Layihənin ümumi investisiya məbləği 451,2 milyon ABŞ dolları, birinci mərhələdə investisiya məbləği isə 132 milyon ABŞ dolları təşkil edir. Layihənin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. 1-ci mərhələdə daha az elektrik tələb edən təkrar emal sahəsi və müvafiq avadanlıqların qurulması, 2-ci mərhələdə isə elektroliz zavodunun tikintisi və istiyayma prosesinin təşkili nəzərdə tutulur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…