60 baxış
Bu yazını paylaşın
İqtisadi

Azərbaycan-Ukrayna İşgüzar Şurası yaradıla bilər

08 Yanvar 2021

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ilə görüşüb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimiz arasında əlaqələr yüksək səviyyədə olduğu, əməkdaşlığın inkişafına xüsusi önəm verildiyi, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.
Nazir Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı Ukraynanın qəti mövqeyinin, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini deyib.
İki ölkə arasında iqtisadi əlaqələrdən danışan M.Cabbarov bildirib ki, 2019-cu ilin dekabrında Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana səfəri və ötən ilin yanvarında keçirilmiş Azərbaycan Respublikası ilə Ukrayna arasında İqtisadi Əməkdaşlıq Məsələləri üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclası zamanı əldə edilmiş razılaşmalar iqtisadi sahədə fəallığı daha da artırıb. İqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur. Azərbaycanın iqtisadi sahədə əlaqələrə təkan verə biləcək yeni mexanizmlərin yaradılmasının tərəfdarı olduğunu vurğulayan nazir bu məqsədlə Hökumətlərarası Komissiya çərçivəsində iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun və Azərbaycan-Ukrayna İşgüzar Şurasının yaradılmasını təklif edib.
Ukraynanın Azərbaycandakı səfiri V.Kanevski iqtisadi-ticarət əlaqələrinin inkişafı barədə fikirlərini bölüşüb, ölkəsinin Azərbaycanla bir sıra istiqamətlərdə, o cümlədən özəlləşdirmə sahəsində tərəfdaşlıqda, işğaldan azad edilmiş ərazilərin bərpası üzrə həyata keçiriləcək layihələrdə Ukrayna şirkətlərinin iştirakında maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanlarına dair müzakirələr aparılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…