40 baxış
Bu yazını paylaşın
İdman

Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb

20 İyul 2023

“Qarabağ” UEFA reytinqində Azərbaycanın aktivinə növbəti xalları yazdırıb.

Telejurnal-ın  məlumatına görə, Ağdam klubu UEFA Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi “Linkoln”u cavab görüşündə 4:0 hesabı ilə məğlub etməklə buna nail olub.

Hər iki qarşılaşmadakı qalibiyyət sayəsində ölkə reytinqinə 0,500 xal əlavə olunub. Son 5 mövsümdəki ümumi xallarının sayı 14,750-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədə qalıb.

ÇL-in I raundundan sonra reytinqdə bəzi yerdəyişmələr yaşanıb. İsveç, Sloveniya, Farer adaları, İslandiya və Belarus irəliləyişə nail olublarsa, Yunanıstan, Finlandiya, Bosniya və Herseqovina, Malta, Estoniya və Albaniyada geriləmə müşahidə edilib.

Reytinqə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü yerdə qərarlaşıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…