33 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri Misir mediasında

08 Dekabr 2022

Misirin “Cairo.24” və “”Aldiplomasy” portallarında Azərbaycan-Türkiyə birgə hərbi təlimləri haqqında xəbərlər yayılıb.

TELEJURNAL-a istinadla yayılan xəbərlərdə qeyd olunub ki, təlimlər iki ölkə arasında mövcud olan hərbi əməkdaşlığa dair Sazişə əsasən keçirilir. Misir oxucularının diqqətinə çatdırılıb ki, təlimlərə Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələri cəlb olunub.

Xəbərdə qeyd olunub ki, paytaxt Bakı, həmçinin Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilən təlimlərdə Azərbaycan Ordusunun Quru və Mühəndis qoşunları, Xüsusi Təyinatlı və Hərbi Hava Qüvvələri, habelə Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…