17 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycan Texniki Universitetində “Kibertəhlükəsizlik kafedrası” yaradılıb

12 Sentyabr 2022

Azərbaycan Texniki Universiteti (AZTU) və “Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası” (AKTA) İctimai Birliyi arasındakı əməkdaşlıq çərçivəsində ali təhsil ocağında Kibertəhlükəsizlik İnstitutunun formalaşdırılmasına və Kibertəhlükəsizlik kafedrasının yaradılmasına nail olunub.

“TELEJURNAL.AZ” bu barədə Assosiasiyaya istinadən xəbər verir.

Məlumata görə, yeni strukturlar müəllim və tələbə heyətinin tamamilə yeni tədris və elmi araşdırma mühitində fəaliyyətinə imkan yaradır. İqtisadiyyatın müxtəlif sahələrində ehtiyac duyulan yüksək kvalifikasiyalı kadr potensialının təşkilinə hesablanmış layihədə AzTU ilə yanaşı digər universitetlərlə də kollaborativ əməkdaşlığın qurulması planlaşdırılıb. Kibertəhlükəsizlik sahəsində müəllim və akademik potensialın gücləndirilməsi məqsədilə sənayedə fəaliyyət göstərən aparıcı mütəxəssislərin layihəyə cəlb olunması nəzərdə tutulur. Həmçinin tədris proqramlarının Elm və Təhsil Nazirliyinin və sənayenin tələblərinə uyğun təşkilinə imkan yaradılır.

Layihədə aparıcı texnologiya istehsalçıları ilə birgə təcrübə mərkəzlərinin qurulması, təcrübə mübadiləsi aparılması kiber təhsilin diversifikasiyası imkanlarını daha da gücləndirir. Layihə çərçivəsində təşkil olunan virtual tədris və təcrübə imkanları sayəsində tələbələr sanəyenin aparıcı mütəxəssislərinin, o cümlədən qabaqcıl texnologiya istehsalçılarının tədris platformalarından faydalanacaqlar. AzTU-da AKTA ilə birgə müvafiq Data Mərkəzi resursları, kampus imkanları, zəruri proqram təminatı, tələbata uyğun akademik resurslar, kibertəhlükəsizlik simulyatorlarından istifadə və istehsalat təcrübəsi qazanmaq imkanlarının təşkili istiqamətində işlər aparılır. Yeni tədris ilindən başlayaraq ilk dəfə tədrisin həftəlik proqramlarla, tətbiqi metodlarla təşkili və qiymətləndirilməsi nəzərdə tutulur. Layihəyə təhlükəsizlik istiqamətində 4 ixtisaslaşma üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alan 500-ə yaxın tələbənin cəlb olunması nəzərdə tutulur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…