34 baxış
Bu yazını paylaşın
İqtisadi

Azərbaycan tarixinin ən böyük tankeri ilk dəfə xarici sularda

15 İyun 2023

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) fəaliyyət coğrafiyasının genişləndirilərək Xəzərdən kənar hövzələrdə yükdaşıma potensialının artırılmasına dair Prezident İlham Əliyevin müvafiq tapşırıqlarının icrası istiqamətində daha bir mühüm layihə icra olunub.

 

“Telejurnal” xəbər verir ki, layihə çərçivəsində SOCAR və ASCO-nun Müşahidə Şurasının razılığı ilə paritet əsaslarla “SA Maritime AFEZCO” Birgə Müəssisəsi yaradılaraq Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçirilib. Birgə Müəssisə bazar araşdırmaları nəticəsində ilkin olaraq 2-si üçüncü tərəfə və 1-i SOCAR-a məxsus olmaqla, hər birinin dedveyti (yəni, ümumi yükgötürmə qabiliyyəti) təxminən 115,000 tona malik 3 “Aframax” tipli tankerin alınması üzrə müvafiq işlər aparıb.

 

“Aframax” tipli tankerləri Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçmiş ASCO-nun 100% törəmə müəssisəsi olan “ASCO Ship Management AFEZCO” şirkəti idarə edəcək. Bu şirkət aparıcı beynəlxalq tələblərə uyğun xidmətlər göstərməklə, idarəetməsindəki gəmi sayını artırmağı, üçüncü tərəflərə məxsus digər gəmilərin də idarəetməsini təmin etməyi və fəaliyyətini genişləndirməyi nəzərdə tutur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…