30 baxış
Bu yazını paylaşın
İdman

Azərbaycan taekvondoçuları III Avropa Oyunlarını iki medalla başa vurublar – YENİLƏNİB

26 İyun 2023

Azərbaycan taekvondoçuları Polşada keçirilən III Avropa Oyunlarını iki medalla başa vurublar.

Telejurnal” ın yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, buna Taleh Süleymanovun (87 kq) medal şansını itirməsi səbəb olub.

Onun 1/8 finalda uduzduğu almaniyalı rəqibi Aleksander Baxman növbəti raundda yenilib.

Qeyd edək ki, taekvondoçulardan Səyyad Dadaşov (54 kq) gümüş, Qaşım Maqomedov (58 kq) bürünc mükafat qazanıb.

Azərbaycan taekvondoçusu Taleh Süleymanov Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə başlayıb.

Telejurnal” ın yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 87 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Aleksander Baxmanla (Almaniya) üz-üzə gəlib.

Qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə bitib. Baçman finala vəsiqə qazansa, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.

Qeyd edək ki, III Avropa Oyunları iyulun 2-də başa çatacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…