90 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycan şirkətinin Balkanlarda artan nüfuzu.

29 İyul 2022

“Sava çayı üzərində inşa olunan körpü əsl şah əsərdir”.

Bu həftənin əvvəlində Serbiyada Azərbaycanın yol təsərrüfatı şirkəti – “AzVirt” MMC-nin Ruma-Şabats layihəsi çərçivəsində tikintisini başa çatdırdığı körpü bu ölkənin prezidenti Aleksandr Vuçiçdən yüksək dəyər aldı. Açılışa qatılan dövlət başçısı təəccübünü gizlədə bilmədi. “Mən heç vaxt körpünün bu metod və sürətlə tikintisini görməmişəm. Mənim üçün həmişə maraqlı olub, onlar çayın dərinliyinə svayları necə vurur? Amma burda bu prosesin texniki tərəfələrini aydın şəkildə gördüm”.

Serbiya prezidenti jurnalistlərlə söhbətində cəmi 2 il ərzində belə bir şah əsərinin ortaya çıxmasından çox sevindiyini bildirib, ölkəsi üçün böyük əhəmiyyət kəsb edən körpüdə son betonlanmanın aparılması ilə Rumadan Şabatsa qədər olan magistralın 1 ildən bir neçə ay artıq müddətə təhvil veriləcəyini qeyd edib.

Açılış mərasimində Serb rəsmilərlə yanaşı Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev, AzVirt şirkətinin baş direktoru Kamil Əliyev və şirkətin regional direktoru Ahmet Murat Türkoğlu da iştirak ediblər.

Beləliklə, Azərbaycan şirkəti baş podratçı kimi icrası ilə məşğul olduğu layihə vasitəsilə Serbiya iqtisadiyyatına yeni sürət gətirmiş oldu. Çünki Belqraddan Şabatsa 40 dəqiqəyə yetişmək mümkün olacaq. Halbuki əvvəllər bu əlavə 30 dəqiqə də vaxt tələb edirdi.

1,33 km uzunluğunda olan körpü 21 km-lik Ruma-Şabats və 54 km-lik Şabats-Loznitsa sürət yollarını Sava çayı üzərində birləşdirir. Tikintiyə “AzVirt” 2019-cu ildə bağlanmış podrat müqaviləsi əsasında başlayıb.

“AzVirt” 2012-2016-cı illərdə Serbiya və Monteneqro arasında 11-ci Dəhlizin Liq və Prelina hissəsinin tikintisini uğurla, yüksək keyfiyyətlə həyata keçirib. 40,36 km uzunluğunda olmaqla 4 tunel və 66 körpünü özündə cəmləyən layihə vaxtında təhvil verilib. Elə buna görə də Serbiya rəsmiləri “AzVirt”i çox vaxt digər tikinti şirkətlərindən işi sürətlə və keyfiyyətlə yerinə yetirdiyinə görə yüksək dəyərləndirib.

Azərbaycanda da uzun illərdir çoxsaylı mühüm infrastruktur layihələrini həyata keçirən “AzVirt”in işlədiyi xarici ölkələrdə bu cür müsbət imic qazanması şübhəsiz ki, onun üzərinə götürdüyü öhdəlikləri yüksək keyfiyyətlə, münasib qiymətlə vaxtında yerinə yetirməsindən irəli gəlir. Xüsusi ilə Prezident İlham Əliyevin dəstəyi ilə ölkədə sahibkarlığın inkişafına yaradılan şərait yol tikintisi sahəsində çalışan şirkətlərə də ölkə xaricində böyük layihələrdə iştiraka imkan yaradıb. “AzVirt” də belə şirkətlərdən biri kimi öz fəaliyyətində daim dövlət dəstəyini hiss edir.

2019-cu ilin dekabr ayında Bakı-Quba-Rusiya iləı dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olarkən Prezident İlham Əliyev “AzVirt”in xaricdəki fəaliyyətinə toxunub və onların işini yaxından izlədiyini deyib: “Azərbaycan dövlətinin dəstəyi ilə siz xaricdə layihələr reallaşdırırsınız. “Eşitmişəm ki, indi sizin fəaliyyət dairəniz genişlənir, yeni ölkələrə öz təkliflərinizi təqdim edirsiniz. Çox yaxşı, Azərbaycan şirkətləri həm Azərbaycanda, həm də başqa ölkələrdə layihələrdə iştirak etməlidirlər”.

AzVirt Oqranak Beoqrad” hazırda 4 zolaqlı 20,40 km uzunluqda olan Belqrad Dairəvi Yolunun çəkilişini də icra edir. Bundan başqa Şirkət konsorsium tərəfdaşları ilə birlikdə Bosniya və Hersoqavinada 5c dəhlizi üzrə Neretva çayı üzərində nəhəng Poçitel körpüsü də daxil olmaqla böyük layihənin həyata keçirilməsi ilə məşğuldur. Eyni zamanda bu ölkədə Vranduk-Ponirak layihəsi də şirkət üçün uğurlu fəaliyyət istiqamətlərindəndir. Ukraynada Kiyev-Çerniqov-Novıye Yariloviçi və Qırğızıstanda Bişkek-Oş yolunun 67 km-lik Madaniyyat-Calalabad hissəsinin inşası da davam etdirilməkdədir.

Beləliklə, “AzVirt”in Balkan ölkələrində qazandığı nüfuz, birbaşa onun icra etdiyi layihələrin texniki cəhətdən yüksək səviyyəli inşaat göstəricilərinə malik olduğunu təsdiqləyir. Azərbaycanlılar yaşadıqları ölkələrdə təkcə tikinti sahəsində uğurları ilə seçilmirlər, onlar həm də Azərbaycanı təmsil edirlər. Təsadüfü deyil ki, Serbiyada çalışan “AzVirt” əməkdaşlarının övladları – 10 yaşlı İskəndər Elşən oğlu Rüstəmzadə və 7 yaşlı Elgün Elşən oğlu Rüstəmzadə qardaşları, eləcə də 8 yaşlı Osman İlqar oğlu Sayadlı Xorvatiyada (Zaqreb şəhəri) keçirilən arifmetika üzrə 6-cı Beynəlxalq Olimpiadada ilk 3 yerin 3-nü də qazanıblar. Yerli mətbuat – informasiya saytları, TV-lər ardıcıl bu xəbəri əsas başlıq kimi təqdim edib. “AzVirt”in baş direktoru Kamil Əliyev Belqradda olarkən bu məktəblilərlə görüşüb, onları qazandıqları uğurlarına görə təbrik edib. Elşən və İskəndər qardaşları Serbiyada doğulublar.

Bir sözlə, “AzVirt” təkcə yol təsərrüfatı sahəsində əldə etdiyi uğurlarla kifayətlənmir. Onlar Azərbaycan ilə Serbiya dövlətləri arasında iqtisadi münasibətlərin gücləndirilməsində də fəal iştirak edirlər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…