62 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan səfiri mərakeşli nazirlə görüşüb

06 İyun 2023

Azərbaycanın Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov ilə Mərakeş Krallığının avadanlıq və su təsərrüfatı naziri Nizar Baraka arasında görüş keçirilib.

Telejurnal” ın xəbərinə görə, görüş zamanı iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, əlaqələrin inkişafı istiqamətində əməkdaşlıq layihələri, yolsalma, tikinti işlərinin aparılması, nəqliyyat, su təchizatı, meteorologiya, dəniz limanlarının tikilməsi və istifadəsi və digər sahələrdə inkişaf perspektivləri geniş müzakirə edilib. Eyni zamanda müxtəlif sahələr üzrə sazişlərin bağlanmasının mümkünlüyü də müzakirə edilib. Nazir ölkənin bu sahələr üzrə Mərakeşin idarəetmə sistemi haqqında məlumat verib və əməkdaşlıq üçün bir sıra təkliflər verib.

Səfir Mərakeşin Avadanlıq və Su Təsərrüfatı Nazirliyinin Azərbaycanda olan partnyor təşkilatlar və idarəçilik sistemi haqqında məlumat verib və hərtərəfli əməkdaşlıq üçün ilk növbədə həmin partnyorlarla qarşılıqlı səfərlərin təşkilini təklif edib. Nazir bu fikri çox bəyənib və gələcək əməkdaşlıq məqsədilə yuxarıda adıçəkilən sahələr üzrə nümayəndə heyətlərinin Rabata rəsmi səfərə dəvət etməyə hazır olduğunu bildirib.

Səfir bildirib ki, Ermənistan işğal dövründə bizim bütün şəhərlərimizi, kəndlərimizi yerlə yeksan edib. Səfir “Qarabağ: əvvəl və sonra” kitabını nazirə təqdim edib. Daha sonra səfir Vətən müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işləri ilə bağlı məlumat verib və Mərakeş şirkətlərinin bu prosesdə əməkdaşlıq üçün geniş imkanların olmasını bildirib. Nazir Baraka bu məsələ üzrə dəstək göstərməyə hazır olduğunu bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…