168 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan səfiri etimadnaməsini Kuba Prezidentinə təqdim edib

12 Yanvar 2023

Azərbaycan Respublikasının Kuba Respublikasına yeni təyin olunmuş səfiri Ruslan Rzayev etimadnaməsini bu ölkənin Prezidenti Migel Dias-Kanel Bermudesə təqdim edib.

Ölkəmizin Kubadakı səfirliyindən TELEJURNAL-a bildiriblər ki, Prezident Migel Dias-Kanel Bermudeslə söhbət zamanı səfir R.Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Kuba Prezidentinə çatdırıb.

Dövlətimizin başçısının salamlarına görə minnətdarlığını bildirən Migel Dias-Kanel Bermudesə öz növbəsində onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Kuba Prezidenti 2019-cu ildə Qoşulmama Hərəkatının (QH) Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizə səfərini məmnunluqla xatırlayaraq, Azərbaycanı təşkilatda uğurlu sədrliyi münasibətilə təbrik edib.

Migel Dias-Kanel Bermudes Azərbaycanın Kubada səfirlik təsis etməklə bağlı qərarından məmnun olduqlarını bildirib.

Söhbət əsnasında iki ölkə arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…