51 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan səfiri Almaniya kanalına Ermənistanın son təxribatları barədə müsahibə verdi

03 Oktyabr 2020

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov bu ölkənin “TV Berlin” telekanalına Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı son hərbi təxribatları barədə geniş müsahibə verib.

“telejurnal” “Qafqazinfo”a istinadən xəbər verir ki, müsahibədə diplomat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi-hüquqi aspektləri, Azərbaycan tərəfinin münaqişənin həlli ilə bağlı mövqeyi, Ermənistanın son təxribatları, mövcud vəziyyətdə xarici ölkələrin, o cümlədən Rusiya, Türkiyə, Almaniyanın tutduqları mövqe, ATƏT-in Minsk qrupu çərçivəsində gedən danışıqların səmərə verməməsi və sair barədə yerli ictimaiyyəti məlumatlandırıb.

Münaqişənin Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları nəticəsində yarandığını bildirən səfir qeyd edib ki, problem yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. R.Həsənov, eyni zamanda, Ermənistan baş nazirinin hakimiyyətə gəlməsindən sonra Azərbaycana qarşı həyata keçirilən təxribatlardan, o cümlədən qondarma “respublikada” “prezident və parlament seçkiləri”nin keçirilməsindən, bəzi inzibati binaların Azərbaycanın qədim şəhəri və mədəniyyət mərkəzi olan Şuşaya köçürüləcəyinin elan edilməsindən, habelə Suriya və Livandan erməni əsilli şəxslərin işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırılmasından danışıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…