46 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu ala bilər

24 Mart 2022

Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatında (SCO) müşahidəçi statusu verilməsi məsələsi araşdırılır.

“TELEJURNAL” “Report”a istinadən xəbər verir ki, bunu təşkilatın Baş katibi Can Min bildirib.

Onun sözlərinə görə, Azərbaycanla yanaşı Ermənistanın da təşkilatda müşahidəçi status əldə etməsi məsələsinə baxılır: “Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər bu məsələni ətraflı şəkildə araşdırırlar. Şəxsən mən bununla bağlı nikbin olsam da, dəqiq tarix verməkdə çətinlik çəkirəm”.

Xatırladaq ki, 2001-ci ildə təsis edilmiş Şahxay Əməkdaşlıq Təşkilatında Çin, Hindistan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Pakistan, Rusiya, Tacikistan təmsil olunur. Həmçinin Belarus, Əfqanıstan, İran, Monqolustan təşkilatda müşahidəçilik statusuna, Azərbaycan, Ermənistan, Kambodia, Nepal, Şri Lanka, Türkiyə isə dialoq tərəfdaşlığı statusuna malikdir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…