22 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Binəli Yıldırımı qəbul edib. “Report”un xəbərinə görə, dövlət başçısı Türkiyədə keçirilən seçkilərdə Rəcəb Tayyib Ərdoğanın, həmçinin Cümhur İttifaqının qələbəsi münasibətilə bir daha təbriklərini çatdırıb. Görüşdə Rəcəb Tayyib Ərdoğanın Türkiyə Prezidenti seçildikdən sonra ilk səfərini Azərbaycana etməsinin və bunun dövlət səfəri statusunda həyata keçirilməsinin önəmi vurğulandı, həmişə olduğu kimi, bu səfərin də çox səmərəli keçdiyi bildirdi. Qeyd edildi ki, səfər zamanı dövlət başçıları tərəfindən Azərbaycan-Türkiyə müttəfiqliyinin müxtəlif sahələr və istiqamətlər üzrə inkişafına dair aidiyyəti nazirliklərə işlərin ardıcıl sürətdə aparılması ilə bağlı tapşırıqlar verilib. Vurğulandı ki, Türkiyənin dövlət başçısının bu səfəri ölkələrimiz arasında bütün sahələrdə qardaşlıq və dostluq əlaqələrinin möhkəmlənməsi işinə böyük töhfə verəcək. Söhbət zamanı Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da genişlənməsinin əhəmiyyətinə toxunuldu, Binəli Yıldırımın Ağsaqqallar Şurasının sədri kimi təşkilat çərçivəsində fəaliyyəti vurğulandı. Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə şirkətlərinin fəaliyyəti qeyd edildi. Təbriklərə görə minnətdarlığını bildirən Binəli Yıldırım Prezident Rəcəb Tayyib Ərdoğanın ölkəmizə dövlət səfərinin uğurlu olduğunu qeyd etdi. Binəli Yıldırım Azərbaycanda olduğu müddətdə nümayəndə heyəti ilə birlikdə Şuşaya gedəcəyini və orada aparılan genişmiqyaslı tikinti-quruculuq işləri ilə yerində tanış olacağını bildirdi. O, Ağsaqqallar Şurasının sədri kimi Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da genişlənməsinə öz töhfəsini verəcəyini vurğuladı. Söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla qeyd edildi.

14 İyun 2023

Prezident İlham Əliyev “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.

Telejurnal-ın  xəbərinə görə, Fərmanın məqsədi qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə vətəndaşların və sahibkarlıq subyektlərinin əmlak hüquqlarının tanınmasının səmərəli şəkildə təşkilidir.

Fərmanda deyilir ki,

Prezident Administrasiyası bu Fərmanın icrasına nəzarəti təmin etsin.

Nazirlər Kabineti:

– bu Fərmanın 1.1.3-cü və 1.1.4-cü yarımbəndlərinə əsasən müayinə edilən və barəsində məlumatlar uçota alınmaq üçün təqdim olunan qeyri-yaşayış binalarının Tikintilərin Dövlət reyestrinə daxil edilməsi mexanizminin müəyyən edilməsi məqsədilə Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın təkmilləşdirilməsini iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təmin etsin;

– bu Fərmana uyğun olaraq tikinti obyektinin istismarına icazənin formasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin;

– mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə qeyri-yaşayış binalarından onların istismar təyinatı nəzərə alınmaqla axıdılan çirkab suların yığılacağı tikili və qurğulara dair tələblərin müəyyənləşdirilməsini bir ay müddətində təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

– bu Fərmanın 5.2-ci bəndində nəzərdə tutulmuş tapşırığın icrasını nəzarətdə saxlasın və Əmlak Məsələləri Dövlət Xidmətinin qaldırdığı vəsatətə əlavə olunan yerquruluşu planında göstərilən koordinatlar daxilində istismarına icazə verilmiş qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsini vəsatət qaldırıldığı tarixdən 15 (on beş) gün müddətində təmin etsin;

– bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələrində yerləşən və 2026-cı il iyunun 1-dək istismarına icazə verilməmiş qeyri-yaşayış binalarının torpaq, şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri pozulmaqla inşasından irəli gələn nəticələrin aradan qaldırılması ilə bağlı həmin qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təşkil etsin;

– bu Fərmanın icrası ilə bağlı görülən işlər barədə rübdə bir dəfə Prezidentə məlumat versin;

– bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yaxud aidiyyəti yerli icra hakimiyyəti orqanları bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aşağıdakıları təmin etsinlər:

– istismara icazə verildiyi gündən 3 (üç) iş günü müddətində həmin icazənin və qeyri-yaşayış binasının layihəsinin elektron nüsxəsinin Xidmətə və bu Fərmanın 6-cı hissəsinin birinci abzasında nəzərdə tutulan qurumlara göndərilməsini;

– istismarına icazə verilmiş qeyri-yaşayış binalarının siyahısının rəsmi internet səhifələrində yerləşdirilməsini və icazə verildiyi gündən 3 (üç) iş günü müddətində bu barədə məlumatı həmin siyahıya daxil edərək onun mütəmadi yenilənməsini;

– Nazirliyin və Xidmətin sorğusu əsasında qeyri-yaşayış binalarının müayinəsi və yerləşdiyi torpaq sahəsinin müəyyən olunması ilə bağlı mövcud tikinti sənədlərinin surətlərinin, habelə digər zəruri məlumatların 3 (üç) iş günü müddətində elektron formada təqdim olunmasını.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti

– bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq istismarına icazə verilmiş qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını hüquq sahibinin müraciəti əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş müddətdə təmin etsin;

– istismarına icazə verildiyi barədə məlumat daxil olduğu gündən 10 (on) iş günü müddətində, bu Fərman qüvvəyə minənədək və ya bu Fərmana uyğun olaraq istismarına icazə verilmiş qeyri-yaşayış binaları bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa olunduğu hallarda həmin icazə əsasında qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasını təmin etsin;

– bu Fərmanın 5.2-ci bəndində nəzərdə tutulan vəsatətə torpaq sahəsinin sərhədlərini və onların döngə nöqtələrinin koordinatlarını əks etdirən yerquruluşu planını əlavə etsin.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Azərsu” ASC, eləcə də “Azərişıq” ASC və Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq:

– Nazirliyin müraciəti əsasında 5 (beş) iş günü müddətində qeyri-yaşayış binalarının mühəndis-kommunikasiya sistemlərinin istismara hazırlıq baxımından müayinə olunmasını və nəticəsi barədə Nazirliyə məlumat verilməsini təmin etsinlər;

– sifarişçinin (sahibin) müraciəti əsasında və onun vəsaiti hesabına istismarına icazə verildiyi gündən iki ay müddətində qeyri-yaşayış binalarının su, kanalizasiya sistemi, işıq və qazla təchiz edilməsini təmin etsinlər.

Bu Fərmanın 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş mühafizə zonalarında və torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşən qeyri-yaşayış binalarının (tikilmiş və tikintisi başa çatmayan) inventarlaşdırılması aşağıdakı qaydada təmin edilsin:

– mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus hüquqi şəxslər Xidmətin sorğusu əsasında üç ay müddətində, bu Fərmanın 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş mühafizə zonaları və torpaq sahələri, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqları barədə cari vəziyyətə uyğun məlumatları elektron qaydada Xidmətə təqdim etsinlər;

– Xidmət 2026-cı il iyunun 1-dək bu Fərmanın 7.1-ci bəndində göstərilən məlumatlar əsasında bu Fərmanın 7-ci hissəsinin birinci abzasında nəzərdə tutulmuş qeyri-yaşayış binalarını (tikilmiş və tikintisi başa çatmayan) müəyyən edərək, onların inventarlaşdırılmasını, həmçinin invertarlaşdırmanın nəticəsi olaraq qeyri-yaşayış binaları barəsində formalaşan məlumatların Torpaqların elektron kadastr uçotu informasiya sisteminə və rəqəmsal kadastr xəritələrinə daxil edilməsini təmin etsin.

– Fövqəqadə Hallar Nazirliyi, Dövlət Komitəsi, Xidmət və müvafiq yerli icra hakimiyyəti orqanları tikinti obyektlərinin istismarına icazə verilməsindən irəli gələn səlahiyyətlərin səmərəli və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi üçün bu Fərmanın icrası müddətində qarşılıqlı məlumat mübadiləsini təmin etsinlər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…