57 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycan Prokurorluğunun nümayəndəsi OECD Təşkilatının Transmilli Rüşvətxorluğa qarşı Hüquq-Mühafizə Orqanları Şəbəkəsinin iclasında iştirak edib

17 İyun 2022

Bakı, 17 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

İyunun 14-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Fransa Respublikasının paytaxtı Parisdə yerləşən qərargahında Transmilli Rüşvətxorluğa qarşı Hüquq-Mühafizə Orqanları Şəbəkəsinin 4-cü iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, “COVID-19 pandemiyası və digər böhranlar zamanı korrupsiya cinayətlərinin istintaqı” mövzunda keçirilmiş tədbirdə müxtəlif dövlətlərin prokurorluq, ədliyyə və digər hüquq mühafizə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə yanaşı, ölkəmizi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilatı və informasiya təminatı idarəsinin rəis müavini İsfəndiyar Hacıyev təmsil edib. İclasda pandemiya dövründə transmilli korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin müzakirəsi zamanı fövqəladə hallarda korrupsiya faktlarının aşkarlanması, araşdırılması və təqibinin ən çətin aspektləri, bu sahədə jurnalistlər və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərlə əməkdaşlığın artırılması, o cümlədən korrupsiya cinayətlərinin istintaqında müasir texnologiyaların tətbiqi kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bundan başqa, tədbir çərçivəsində “COVID-19 pandemiyasına qarşı mübarizədə informasiya texnologiyalarının istifadəsi və təsiri” mövzusunda keçirilmiş 3-cü qrupun aralıq sessiyasında çıxış edən Azərbaycan nümayəndəsi ölkəmizdə pandemiya dövrünə korrupsiya hüquqpozmaları ilə bağlı prokurorluq orqanları tərəfindən aparılmış cinayət işlərinin istintaqı təcrübəsi, bu sahədə kütləvi informasiya vasitələrinin rolu, eyni zamanda, müvafiq dövrdə informasiya texnologiyalarının imkanlarının istifadə praktikası və onun gələcək perspektivləri haqqında danışıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…