38 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan Prezidentinin Soçiyə səfəri Rusiya mətbuatının gündəmindədir

27 Noyabr 2021

Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş, eləcə də Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü bu ölkənin mətbuatının gündəmindədir.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, Rusiya KİV-ləri Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə inkişafı, iki ölkənin liderlərinin qarşılıqlı etimada söykənən şəxsi münasibətlərinin bu əlaqələrin yüksələn xətlə irəliləməsinə müsbət təsirini diqqətə çatdırıblar.

Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasında Rusiyanın vasitəçilik rolunun vurğulandığı materiallarda Prezident İlham Əliyevin Ermənistan tərəfinə qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşuluq münasibətlərini bərpa etmək təklifi ilə müraciətinə diqqət çəkilir.

https://azertag.az/xeber/Azerbaycan_Prezidentinin_Sochiye_seferi_Rusiya_metbuatinin_gundemindedir-1936962

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…