77 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan Prezidenti: İşğalla bağlı vəziyyət Ermənistan üçün də, Minsk qrupunun həmsədrləri üçün də məqbul idi

29 Aprel 2022

BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etdi. Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunsa da, 27 ildə onların heç biri icra edilmədi, biz özümüz onları icra etdik.

“TELEJURNAL”  AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda London beyin mərkəzinin nümayəndəsi, St Andrews Universitetinin professoru Rik Faunun sualına cavabında bildirib.
Dövlətimizin başçısı deyib ki, o qətnamələri qəbul edənlər BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü idi, onlar həm də ATƏT-in Minsk qrupunun həmsədrləri idilər. Onların nə üçün özlərinin qəbul etdikləri qətnamələri icra etməməsinin səbəbi çox aydındır. “İşğalla bağlı vəziyyət onlar üçün – Ermənistan üçün də, Minsk qrupunun həmsədrləri üçün də məqbul idi. Bizə isə məqbul deyildi, biz azlıqda idik”, – deyə Azərbaycan Prezidenti qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…