69 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan Prezidenti: Albaniya ilə əlaqələrimiz güclənir və yeni imkanlar yaranır

08 Dekabr 2022

Albaniya ilə əlaqələrimiz güclənir və yeni imkanlar yaranır.

TELEJURNAL xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 8-də Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək görüşündə səsləndirib.

Dövlətimizin başçısı Albaniyaya səfəri zamanı göstərilən qonaqpərvərliyə görə Edi Ramaya təşəkkür edib. “Razılığa gəldiyimiz kimi, biz fəal dialoqu davam etdirəcəyik. Sizin səfəriniz artıq razılaşdırılmış məsələlərin gedişatını izləmək xarakteri daşıyır. Hər iki tərəfdən bütün tapşırıqlar verilib. Heyətlərimiz fəal şəkildə işləyirlər”, – deyən Prezident İlham Əliyev rəsmi səfərinin nəticələrini olduqca müsbət dəyərləndirib.

Tiranada səfirliyimizin açılmasını əməkdaşlığımızın vacib bir əlaməti adlandıran Azərbaycan Prezidenti deyib: “Praktiki nöqteyi-nəzərdən bu, bizə ölkənizdə gedən proseslərlə daha yaxından tanış olmaq imkanı verəcək. Eyni zamanda, bu, bizə ikitərəfli gündəliyimizdə daha da səmərəli olmağa imkan yaradacaq”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…