222 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycan Premyer Liqasında üç ildən sonra azarkeş rekordu qeydə alınıb

09 Avqust 2022

Futbol üzrə Azərbaycan Premyer Liqasının I turunun “Turan Tovuz” – “Qəbələ” görüşünü 5500 tamaşaçı izləyib.

“TELEJURNAL.AZ” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionatının oyununda belə çox azarkeşə sonuncu dəfə təxminən 3 il əvvəl təsadüf olunub.

2019/20 mövsümünün IV turunda “Qarabağ”la “Neftçi” arasında qarşılaşmanı 7 min seyrçi izləyib. 2019-cu il sentyabrın 15-də baş tutan Azərbaycan derbisində Ağdam klubu 2:0 hesabı ilə qalib gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan həmin görüşdən 1058 gün sonra Premyer Liqada tamaşaçı sayı ilk dəfə 5 mini keçib.

Bu müddətdə 2019/20 mövsümü 20 turdan sonra dayandırılıb, 2020/21 mövsümü tamaşaçısız keçirilib. 2021/22 mövsümü və 2019/20 mövsümünün baş tutan son 16 turunda belə göstərici qeydə alınmayıb.

Ümumilikdə isə I turu 10 600 izləyici seyr edib. Bu rəqəm orta hesabla hər görüşə 2150 nəfərə bərabərdir. Bu da son 1058 gün üçün rekorddur. 2019/20 mövsümünün IV turunun 4 qarşılaşmasında 9800, orta hesabla 2450 azarkeş olub.

Qeyd edək ki, Tovuz şəhər stadionundakı matçda qonaqlar 2:0 hesabı ilə qalib gəlib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…