195 baxış
Bu yazını paylaşın
Uncategorized

Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

30 Noyabr 2020
Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun son görüşü keçiriləcək.

Telejurnal.az Report-a istinadən xəbər verir ki, “Kapital Bank Arena”da “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək. Əslində bu oyunun noyabrın 28-də təşkili nəzərdə tutulmuşdu. Lakin “Qəbələ”nin heyətində koronavirusa yoluxmuş futbolçular üzündən qarşılaşmanın 30 noyabra təxirə salınması qərara alınmışdı.

Hazırda “Sumqayıt” 15 xalla 4-cü, “Qəbələ” 8 xalla 8-ci yerdə gedir. Meydan sahibləri qalib gəlsələr, bir pillə irəliləyəcəklər. Qonaqları isə qələbə 6-cı pilləyə yüksəldəcək.

İndiyədək bu komandalar çempionatda 32 dəfə üz-üzə gəliblər. Bunların 4-də “Sumqayıt”, 18-də “Qəbələ” üstün olub, 10 matçda isə heç-heçə qeydə alınıb. “Qırmızı-qaralar” topların nisbətində də böyük fərqlə öndədir – 54:25.

Digər tərəfdən, “Qəbələ” son üç oyunda uduzmayıb. “Sumqayıt” evdə keçirdiyi son üç matçdan qolsuz və xalsız ayrılmayıb.

Azərbaycan Premyer Liqası, XI tur
30 noyabr (bazar ertəsi)

16:00. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
“Kapital Bank Arena”

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “Zirə” ilə 0:0, “Keşlə” “Sabah”la və “Səbail” “Qarabağ”la 1:1 hesablı heç-heçə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…