305 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan-Polşa diplomatik münasibətlərinin 30 illiyinə həsr olunan layihəyə başlanılıb

26 Yanvar 2022

Bu il Azərbaycanla Polşa arasında tarixi əlaqələrin və dostluq münasibətlərinin 550 illiyi, diplomatik münasibətlərin isə 30 illiyinə həsr olunan layihə həyata keçiriləcək.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, “Azərbaycanla Polşa arasında mədəni körpü” adlı layihənin təşəbbüskarı və dəstəkçisi Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərlidir.
Layihəni Azərbaycanda partnyor qurum olaraq Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi icra edəcək. Eyni zamanda, layihənin icrası zamanı Polşanın Azərbaycandakı səfirliyi və Bakıdakı “Poloniya – Azərbaycan Polşa İcması” İctimai Birliyi ilə əməkdaşlıq nəzərdə tutulub.
Layihənin məqsədi Polşanı azərbaycanlılara, həmçinin Azərbaycanı polyaklara yaxından tanıtmaq, diaspor və vətəndaş cəmiyyəti olaraq iki ölkə arasından əlaqələrin güclənməsinə töhfə verməkdir. Bir il ərzində layihə çərçivəsində hər iki ölkədə müxtəlif səpkili tədbirlər təşkil ediləcək.
Layihənin informasiya dəstəkçisi “Diaspornews.az“ saytıdır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…