19 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan Özbəkistanda keçirilmiş aqrobiznes forumunda təmsil olunub.

21 İyul 2022

Azərbaycan Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş Türkdilli Dövlətlərin aqrobiznes forumunda təmsil olunub.

TELEJURNAL. az Report-a istinadən xəbər verir ki, ölkəmizi tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbir Türk Dövlətləri Təşkilatının 1-ci Kənd Təsərrüfatı Nazirləri Toplantısı çərçivəsində təşkil olunub. Forumda təşkilata üzv dövlətlərin və müşahidəçi ölkələrin rəsmiləri və aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri iştirak edib.

Forumda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji İnkişaf və Komersiya Departamentinin direktor müavini İlqar Vahabov və Cəmiyyətin törəmə müəssisəsi olan “Azəripək” MMC-nin direktoru Səməd Nəbiyev də iştirak edib. Səfər çərçivəsində baramaçılığın və ipəkçiliyin inkişafı, birgə əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və gələcək perspektivlər ilə bağlı “Özbəkipaksanoat” Assosiasiyası, Özbəkistanın İpəkçilik üzrə Elmi Tədqiqat İnsitutu, ipək istehsal edən müəssisə, eləcə də Xorazim, Şəhrizad vilayətində barama və ipəkçilik sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndə heyətləri ilə işgüzar görüşlər keçirilib. İşgüzar görüşlərdə gələcək əməkdaşlıqlar üçün birgə tədbirlərin həyata keçirilməsi istiqamətində müzakirələr apararılıb, peşəkar kadrların mübadiləsi və digər sahələrdə əməkdaşlıq imkanlarına dair müvafiq təkliflər müzakirə olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…