58 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan Ordusunun Tibb İdarəsində təlim-metodiki toplanış keçirilib

06 İyul 2023

2023-cü ilin hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin Tibb İdarəsində təlim-metodiki toplanış keçirilib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Azərbaycan Ordusunun tibbi hərbi hissə və müəssisələrinin komandirləri (rəisləri), qoşun (qüvvə) növlərinin tibb xidməti rəisləri və Müdafiə Nazirliyinin baş tibb mütəxəssislərinin iştirak etdiyi toplanışda cari ildə Azərbaycan Ordusunda tibb sahəsində görülən işlər barədə ətraflı məruzələr dinlənilib.

Bildirilib ki, cari ilin qış tədris dövrü ərzində hərbi tibb müəssisələrində ixtisaslı tibb işçiləri tərəfindən hərbi qulluqçulara yüksək səviyyədə bütün növ zəruri tibbi yardım göstərilib, eləcə də şəxsi heyət arasında xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilib.

Toplanışda həmçinin hərbi tibb sahəsi üzrə digər mövzulara dair ətraflı müzakirələr aparılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…